Britaniya Ukraynaya “Storm Shadow“ raketləri tədarük edib

saytların hazırlanması

Evə çatdırılma

Britaniya Ukraynaya “Storm Shadow“ raketləri tədarük edib

Dünya

11 May 2023 14:06 663


Böyük Britaniya Ukraynaya əsasən havadan buraxılan silahlar olan “Storm Shadow” uzaq mənzilli raketlər təqdim edib.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu bir sıra Qərb rəsmiləri təsdiqləyib.

Bu, Ukrayna ordusuna gözlənilən əks-hücumdan əvvəl uzaq məsafədən zərbə endirmək imkanı verəcək. pizza hut

Ukrayna tərəfi Rusiya ərazisinə zərbələr endirmək üçün “Storm Shadow”dan istifadə etməyəcəyini vəd edib.

“Storm Shadow”nun ("Fırtına kölgəsi") uçuş məsafəsi təqribən 250 km-dir ki, bu da ABŞ-ın əvvəllər Ukraynaya tədarük etməkdən imtina etdiyi ABŞ-ın ATACMS taktiki ballistik raketlərindən çox da az deyil.

Mayın 9-da “The Washington Post” qəzeti yazıb ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya Beynəlxalq Dəstək Fonduna Kiyevi 300 km-ə qədər mənzilə zərbə silahları ilə təmin etməyi nəzərdən keçirməyi təklif edib.

Bundan əvvəl ABŞ kəşfiyyatının sızdırılmış məxfi sənədində iddia edilirdi ki, London hədəfin vurulmasına kömək etmək üçün Britaniya personalı ilə birlikdə Kiyevə qeyri-müəyyən sayda “Storm Shadow” raketləri göndərmək niyyətindədir.

"Washington Post" qeyd edib ki, bu qanadlı raketlər sovet istehsalı olan Ukrayna təyyarələrində quraşdırıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!