Britaniya XİN-dən Kim Çen Inın bəyanatına reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Britaniya XİN-dən Kim Çen Inın bəyanatına reaksiya

Dünya

02 Yanvar 2023 10:11 716


Böyük Britaniya Xarici İşlər Nazirliyi nüvə başlıqlarının istehsalını eksponensial artıracağını vəd edən Şimali Koreya lideri Kim Çen Inın son bəyanatlarına reaksiya verib və rəsmi Pxenyanı raket buraxılışları əvəzinə vətəndaşların rifahına diqqət yetirməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat Britaniya XİN məlumat yayıb.

Qeyd olunub ki, Şimali Koreya yanvarın 1-də qısa mənzilli ballistik raket atmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozub. Dominos pizza

Məlumata görə, rəsmi London Pxenyanı ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına yönəlmiş dialoqa qayıtmağa, nüvə və ballistik raket proqramlarının qeyri-qanuni inkişafını dayandırmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!