Britaniyadan Ukraynaya görünməmiş dəstək - 7000 raket kompleksi

saytların hazırlanması

Evə çatdırılma

Britaniyadan Ukraynaya görünməmiş dəstək - 7000 raket kompleksi

Dünya

28 Oktyabr 2022 18:02 1091


Böyük Britaniya NLAW tank əleyhinə raket sistemlərinin yarısını Ukraynaya verə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya təhvil verilən silahların sayını açıqlamır. Lakin departament NLAW, Javelin və Brimstone daxil olmaqla 10 minə yaxın tank əleyhinə raketdən söhbət getdiyini bildirib: Dördpendirli pizza

Qeyd olunur ki, Ukrayna 7000-ə qədər NLAW tank əleyhinə raket kompleksi ala bilər ki, bu da “Britaniya ehtiyatlarının yarısı qədərdir”.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, noyabrın 8-də ABŞ-da keçiriləcək aralıq seçkilərdə respublikaçılar qalib gəlsə belə, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirəcək./Bakupost.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!