Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb:
"Əməliyyat qərargahının iclasını keçirdim. Regionda vəziyyət stabildir. Təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyət hüquq-mühafizə orqanlarının xüsusi nəzarətindədir. Bütün xidmətlər adi qaydada işləyir", - Sezar pizza
A. Boqomaz vətəndaşları "yalnız rəsmi mənbələrdən gələn etibarlı məlumatlara etibar etməyə" və "gözlənilməz vəziyyətlər" barədə əməliyyat xidmətlərinə məlumat verməyə çağırıb.
Telegram kanalımız