“Bu, Azərbaycan və erməni xalqlarının marağındadır” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Azərbaycan və erməni xalqlarının marağındadır” - Putin

Siyasət

24 Noyabr 2020 17:03 812


"Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı münaqişənin gələcək həlli prosesində iştirak edəcəyinə ümid edir".

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə yeni səfirlərin etimadnamələrini təqdim etməsi mərasimində deyib.

O qeyd edib ki, Qarabağda vəziyyətin stabilləşməsinə kömək edəcək, münaqişənin təsirinə məruz qalan ərazilərin sakinlərinə yardım göstərəcək, infrastrukturu bərpa edəcək və normal, dinc həyat üçün şərait yaradacaq Rusiya humanitar mərkəzi fəaliyyətə başlayır: “Bu səylərin göstərilməsində ixtisaslaşmış beynəlxalq təşkilatların iştirakına ümid edirik. Bütün bunlar köhnəlmiş münaqişənin ədalətli əsasda davamlı və hərtərəfli nizamlanmasına zəmin yaradır və bu, Azərbaycan və erməni xalqlarının marağındadır”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!