Bəzi bürclər altında doğulanlar sakit olduqları halda, bəziləri də həddindən artıq əsəbi ola bilirlər. Elə buna görə də astroloqlar əsəbi olarkən qaçmalı olduğumuz bürcləri araşdırıb.
Yenisabah.az həmin bürcləri təqdim edir:
Tərəzi pizza sifarişi
Həyatlarında tarazlıq axtaran tərəzilər hər şeyin ədalətli olmasını istəyirlər və ədalətsizliyə dözə bilmirlər. Haqsızlığa şahid olduqları zaman əsəbləşir və onu düzəltmək üçün əllərindən gələni edirlər.
Əkizlər
Əkizlər bürcündə doğulan insanlar narahatlıq keçirdikləri üçün çox asanlıqla əsəbiləşə bilərlər. Normalda şən, sosial və ünsiyyətcil olmaqları ilə diqqət çəkən əkizlər bürcü tez hirslənən bürclər arasında da yer alırlar.
Xərçəng
Xərçəng bürcü astrologiyada ən emosional bürclərdən hesab olunur. Duyğuları tez-tez onları narahat edir. Elə buna görə də əsəbləşməkdən və incidilməkdən çox qorxurlar. Onlar məyus olanda dünyaları alt-üst olur. Bu vəziyyətdə olarkən çox asanlıqla əsəbiləşir və ağızlarından çıxanı qulaqları eşitmir.
Qoç
Qoç bürcü insanları çox tez əsəbiləşirlər. Qoçlar qəzəblərini cilovlaya bilmirlər və bu səbəbdən onlarla ünsiyyət qurmaq çox çətin olur. Qoçlar səbrli insan deyillər, hər şeyin dərhal olmasını istəyirlər və nəyisə səbrlə gözləmək onları daha da əsəbləşdirir.
Şir
İdarəetməyi sevən şirlər, özlərini həmişə güclü görürlər. İdeyalarının və planlarının diqqətdən kənarda qaldığını görəndə qəzəbdən vəhşiləşirlər.
Qız
Qız bürcü özünü hər zaman cilovlamağa çalışsa da, hirsini içinə ataraq orada toplayır. Qız bürcləri ətraflarında qeyri-müəyyənlik, şübhə gördükdə dəli olurlar. Təmizlik və nizam onların həyat tərzinin ən vacib hissəsidir.
Gülxanım Əliyeva
Telegram kanalımız