Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur.
Bu barədə "Yeni Sabah" Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 6-sı saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, Şahdağda isə qar müşahidə olunur. Ayrı-ayrı ərazilərdə yağıntılar intensiv xarakter daşıyır. Sezar pizza
Səhər saatlarından etibarən Bakı və Abşeron yarımadasında da yağışlı hava qeydə alınıb.
Respublikanın müxtəlif bölgələrinə düşən yağıntının miqdarı Lerikdə 8 mm, Zaqatalada 6 mm, Qax və Tovuzda 4 mm, Sədərək, Gədəbəy, Ağstafa və Ceyrançöldə 3 mm, Lənkəran, Astara, Yardımlı, Altıağac, Şəki və Balakəndə 2 mm təşkil edib. Quba, Daşkəsən, Şahdağ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, İmişli, Xaltan, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Ordubad ərazilərində isə yağıntı 1 mm-dək qeydə alınıb.
Bununla yanaşı, Neft Daşları, Balakən, Daşkəsən, Altıağac, Qusar, Göygöl, Şəki, Şamaxı və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcə, Naxçıvan Muxtar Respublikasında 27 dərəcə, Aran rayonlarında 23 dərəcə, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.
Telegram kanalımız