“Bu, erməni tərəfi üçün alçaldıcı razılaşmadır..” –   Tomas de Vaal

saytların hazırlanması

Evə çatdırılma

“Bu, erməni tərəfi üçün alçaldıcı razılaşmadır..” – Tomas de Vaal

Siyasət

11 Noyabr 2020 14:54 2535


“Bu, ermənilər üçün böyük məğlubiyyətdir erməni tərəfi üçün alçaldıcı razılaşmadır”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Karnegi Avropa Fondu”nun əməkdaşı, Qarabağ münaqişəsi ilə bağlı “Qara bağ” kitabının müəllifi, ingilis politoloq Tomas de Vaal deyib.

De Vaal əlavə edib ki, Baş nazir Nikol Paşinyanın xalqı hazırlamaq üçün heç bir şey etməməsi, hətta bəyanatın imzalanmasından bir neçə saat əvvəl qələbədən danışması Ermənistan cəmiyyətini şoka salan amildir.

Politoloq həmçinin bildirib ki, Şuşanın işğaldan azad edilməsi Azərbaycan tərəfinin qələbə qazandığını elan etməsi üçün kifayətdir.

De Vaalın fikrincə, 7 rayona nəzarətin Azərbaycana keçməsi Bakı üçün mənəvi stimuldur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!