Bu film 48 il sonra Dövlət Film Fondunun arxivinə daxil edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu film 48 il sonra Dövlət Film Fondunun arxivinə daxil edildi

Mədəniyyət

06 May 2026 16:36 145


“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Film Fondu məlumat yayıb.

Film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir. Marqarita pizza

Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. 

Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.

Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!