Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?

Siyasət

15 Oktyabr 2026 14:27 244


Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarə uçacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyası “Flightradar24” saytına istinadən məlumat yayıb.

Məlumata görə, Tacikistanın “Somon Air” avişirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi oktyabrın 14-ü Düşənbədən Bakıya uçub. Sezar pizza

“Tacikistan Prezidenti, eləcə də bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün dünəndən Bakıya səfər ediblər. Lakin “Boeing 737-8GJ” təyyarəsi Tacikistan Prezidenti Emoməli Rəhmona xidmət göstərmir. Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. COP17 çərçivəsində İrəvanda Liderlərin Zirvə Görüşü keçiriləcək”, - nəşr yazıb.

Bununla belə, təyyarənin Bakıdan İrəvana kimləri aparacağı açıqlanmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!