Bu gündən birinci sinfə qeydiyyat dayandırılır
19 Mart 2020 10:17
83

Bu gündən birinci sinfə qeydiyyat dayandırılır

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır. 

"Yeni Sabah" bu barədə Təhsil Nazirliyinə istinadən məlumat verir.

Elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Oxşar xəbərlər