Bu il 150 kənd qazlaşdırılacaq - “Azəriqaz” rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

Bu il 150 kənd qazlaşdırılacaq - “Azəriqaz” rəsmisi

Sosial

20 Oktyabr 2023 14:44 435


Bu ilin noyabr ayından etibarən Azərbaycanda daha 40 kənd və yaşayış massivlərinin qazlaşdırılmasına başlanılacaq.

Yenisabah.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, bu kənd və yaşayış massivlərinin qazlaşdırılması işləri növbəti ilin birinci rübü üzrə yekunlaşması nəzərdə tutulub: “Cari ildə Azərbaycanda 150 kənd və yaşayış massivin qazlaşdırılması nəzərdə tutulub ki, artıq onlardan 110-da işlər yekunlaşmaq üzrədir. pizza hut

E. Vəliyev bildirib ki, bu ilin yanvar-sentyabr aylarında “Azəriqaz” tərəfindən ölkə ərazisində 229 kilometr yeni qaz xətləri çəkilib və korroziyaya uğramış köhnə xətt yenilənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!