“Bu kəndlər Ermənistan ərazisi deyil” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Bu kəndlər Ermənistan ərazisi deyil” - Paşinyan

Siyasət

20 Avqust 2026 20:11 317


“Ermənistan və Azərbaycanın anklavlar və esklavlar məsələsi müstəsna olaraq demarkasiya və dinc nizamlanma prosesi çərçivəsində həll edilməlidir”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə danışıb. 

Onun sözlərinə görə, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil.  Dördpendirli pizza

Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan delimitasiyanı 1991-ci ilin Almatı Bəyannaməsi əsasında keçirmək barədə razılığa gəlib. Həmin sənədə əsasən, SSRİ-nin süqutu zamanı keçmiş ittifaq respublikalarının inzibati sərhədləri dövlətlərarası sərhədlər kimi tanınır.

Ermənistan Baş naziri mövcud xəritələr əsasında Tavuş vilayətinin Kirants kəndi yaxınlığında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya həyata keçirildiyini vurğulayaraq, prosesin gələcəkdə də eyni əsasda davam etdirilə biləcəyini deyib./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!