Müğənni Nadir Qafarzadə toylarda məşhurlaşan “Maral” mahnısının tarixindən danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Özəl” verilişində qonaq olan ifaçı sözügedən mahnı ilə oliqarx toylarına yolunun açıldığını deyib:
“O mahnı 2013-cü ildə mənə təqdim edildi. Bu mahnını Türkiyədə bir şəxs öz xanımı üçün yazmışdı. Türk ifaçılardan biri öz tərzində onu ifa etmişdi. Mahnını mənə göndərdilər ki, bunu oxu. Dedim ki, mən Flora Kərimova ilə oxumuşam, Füzuli kontatası oxumuşam, indi bunu necə oxuyum? Düşündüm ki, mənim üçün eniş pilləsi olar. Oxuyandan sonra da mənim üstümə çox gəldilər, təhqir etdilər, dedilər ki, bayağıdır. Amma mahnı sevildi. Mahnıma bayağı deyən müğənnilər gəlib dedi ki, toylarda hamı “Maral”ı oxumağımızı istəyir. Mənə heç bir mahnım pul qazandırmayıb, amma “Maral”da belə olmadı. Mən onunla SSRİ respublikalarını gəzdim, Dağıstana qədər gedib çıxdım, yəhudi toylarında, oliqarx toylarında çıxış etdim. Vağzalı yerinə “Maral”la gəlinlər içəri girirdi. Mən “Maral”la həyatımı qurdum, ev aldım, övladımı oxutdurdum, tamam həyatım dəyişdi. Yaxşı pul qazandım, halal zəhmətimlə qazandım”. Toyuqlu pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız