Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bu müqavilə ilə Qarabağda silahlı erməni birləşmələrinin fəaliyyətinin sonuna gəldiyini qeyd etmək olar”
15 İyn 2021 19:33
2258

“Bu müqavilə ilə Qarabağda silahlı erməni birləşmələrinin fəaliyyətinin sonuna gəldiyini qeyd etmək olar”

"Şuşa Bəyannaməsi iki Azərbaycan və Türkiyə müttəfiqliyinin əsasını təşkil edir. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı "Şuşa Bəyannaməsi" siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji, müdafiə və hərbi - texniki sahələri əhatə edərək müttəfiqlik müqaviləsidir".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, bu bəyannaməyə əsasən, Türkiyə Cənubi Qafqazda Azərbaycanın təhlükəsizliyinin qarantı olacaq:

"Bununla da, Azərbaycanın ərazi bütövlüyü toxunulmaz olacaq. Hər hansı bir təhdid olacaqsa, meydanda açıq şəkildə Türkiyəni görəcəklər. İkinci, Qarabağın müəyyən bir hissəsində erməni separtizminə zərbə vurulacaq. Üçüncü, Ermənistanın Azərbaycana qarşı müəyyən mərhələdə hərhansı bir provakasiyalarına son qoyulacaq. Xüsusilə, Qarabağda silahlı erməni birləşmələrinin fəaliyyətinin sonuna gəldiyini qeyd etmək olar. Çünki buradakı qanunsuz silahli erməni birləşmələri təhlükəsizliyi təhdid edir və Türkiyə Rusiyadan konkret olaraq onların ləğv edilməsini tələb edəcək. Dördüncü, Rusiyanin Azərbaycana qarşı hərhansı bir hərbi təzyiqləri neytrallaşacaq.

Bu Bəyannamə iki ölkə arasında hərbi paktın bir nümunəsidir və burada müəyyən olunan bəndlər, əsasən, gələcəkdə hərbi əməkdaşlığın yeni bir müqaviləsini bağlamaga gətirib çıxara bilər. Bu da Türkiyənin hərbi bazalarının Azərbaycanda rəsmən yaradılmasıdır.

"Şuşa" Bəyannaməsini prezident İlham Əliyev "Qars" müqaviləsinin bəndlərinə uyğun olaraq qeyd etməklə, birdaha Türkiyənin Azərbaycanın təhlükəsizliyinin qarantı olduğunu mesajını verdi. Bu Bəyannamədə diqqət çəkən əsas bənd "Zəngəzur" dəhlizinin qeyd edilməsi göstərir ki, iki ölkə yaxın perspektivdə dəhliz məsələsinin həllinə nail olacaq".

""Şuşa" Bəyannaməsinin imzalanmasını şərtləndirən amillər, əsasən, regionda cərəyan edən siyasi-hərbi proseslərlə bağlıdır. Həmçinin Rusiyanın qonşu ölkələrə qarşı təhlükəsizliyini təhdid etməsidir.

Göründüyü kimi Azərbaycan çevik şəkildə Türkiyə ilə çox ciddi şəkildə birgə inteqrasiya siyasətinin əsasını qoydu. Bu, Bakının Moskvanın təzyiqləri qarşısında yeni immunitetidini formalaşdıracaq.

Türkiyə bununla Cənubi Qafqazda varlığını rəsmi şəkildə gücləndirdi.

Milli Cəbhə Partiyası olaraq Şuşa Bəyannaməsinin təqdir edirik və bu Bəyannamə iki qardaş ölkə arasında müttəfiqliyinin əsasını qoymaqla, ölkəmizin inkişafına yeni töhfələr verəcək", - deyə M.Əsədullazadə qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər