Bu ölkədə 402 məhbus əfv edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə 402 məhbus əfv edildi

Dünya

08 Dekabr 2022 14:27 615


Özbəkistanda Prezident Şavkat Mirziyoyevin fərmanı ilə 402 nəfər əfv edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Özbəkistan KİV-i məlumat yayıb.

Əfv olunanlardan 128 nəfər əsas cəzanı çəkməkdən tam, 201 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 15 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan başqa, 58 nəfərin azadlıqdan məhrum etmə növündə cəza müddəti azaldılıb. pizza sifarişi

Əfv olunanlar arasında 17-si xarici dövlətlərin vətəndaşı, 63-ü qadın, 26-sı 60 yaşdan yuxarı kişi, 19-u qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak edən şəxslərdir.

Qeyd olunur ki, sərəncam ölkə Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar imzalanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!