Nyu-York şəhərində ictimai tualet çatışmazlığını aradan qaldırmaq üçün 4 milyon dollar büdcəli pilot layihə çərçivəsində 17 yeni yüksək texnologiyalı modul tualetin quraşdırılmasına başlanılıb. Yeni sistemdə istifadəçilərə dəqiq 10 dəqiqə vaxt ayrılır.
“Yeni Sabah” xəbər verir ki, müddətin bitməsinə az qalmış kabinə daxilində işıqlı və səsli xəbərdarlıqlar verilir. 5-ci dəqiqədə xəbərdarlıq mesajı səsləndirilir, 8-ci dəqiqədə isə vaxtın bitmək üzrə olduğu bildirilir. 10 dəqiqə tamam olduqda tualetin qapısı avtomatik olaraq açılır.
Şəhər rəsmilərinin bildirdiyinə görə, bu ciddi vaxt məhdudiyyətinin əsas məqsədi uzunmüddətli növbələrin qarşısını almaq, obyektlərin evsizlər, qanunsuz maddə istifadəçiləri tərəfindən məşğul olunmasına imkan verməmək və tualetlərin təyinatı üzrə istifadəsini təmin etməkdir. Şəhərdə aparılan araşdırmalara əsasən, ictimai tualetdə orta qalma müddəti təxminən 3.5 dəqiqə təşkil edir. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız