“Bu onların tərbiyəsidir, Allaha tapşırıram” – Rəqsanənin qızı   “od püskürdü”

saytların hazırlanması

Evə çatdırılma

“Bu onların tərbiyəsidir, Allaha tapşırıram” – Rəqsanənin qızı “od püskürdü”

Şou

26 Noyabr 2019 20:04 1314


"Yeni Sabah" müğənni Aysun İsmayılovanın azmedia.az-a müsahibəsini təqdim edir:

- Aysun, ötən həftə Atv telekanalında verilişlərdən birində qonaq olarkən göz yaşlarınızı saxlaya bilmədiniz. Ağlamağınıza səbəb nə idi?

- Mən ümumiyyətlə çox kövrək insanam. Çox duyğusalam. Kövrək məqamlarda mən özümü saxlaya bilmirəm. Deyirlər ki, ürəyi gözəl olan insanlar ağlayır, ürəyi daş olan insanlar ağlaya bilməz. Bəlkə də yaxşı insanam, ona görə ağlayıram (gülür). Toyuqlu pizza

- Həyatdakı Aysunla səhnədəki Aysun arasında nə fərq var?

- Mən həyatda da, səhnədə də eyniyəm. Heç bir fərqim yoxdur. Sadəcə olaraq  həyatda çox uşaqlıq edirəm, səhnədə amma onu edə bilmirəm. Həyatda da belə səmimi və sadəyəm.

- Bir az da ərköyünlüyünüz var..

- Ərköyünlüyü təkcə anama edirəm, şıltaqlıqımla  yaşaya bilmədiyim uşağlığımı yaşayıram.

- Sənətinizdə nə yenilik var?

- 5 bəstəkardan mahnı gözləyirəm, amma hələ ki, gözüm yoldadır. İstəyirəm ki, gündəmi zəbt edən mahnılar olsun.

- Əməliyyatınızın təxirə düşməsinə səbəb nə oldu?

- Bu məndən yox, həkimimdən asılı bir şey idi. Ona görə alınmadı.

- Nə əməliyyatı idi?

- Estetik əməliyyat. Bədən şəkilləndirmə. Çox arıq olduğum üçün bədənimdə lazımlı hissələrə dolğular olunacaq.

- Üzünüzdə estetik əməliyyat var?

- Bəli, təkcə burnumda var. Mən əməliyyat etdirəndə bunu heç kimdən gizlətmirəm. Heç kimdən qorxacaq yerim yoxdur. Mən heç kimdən kompleks yaşamıram.

- Bu aralar sosial şəbəkələrdə müqayisə obyektivinə çevrilmisiz..

- Mənə əslində bu söz-söhbətlər pis təsir edir. Onlar məni olduğum kimi tanımırlar. Bəlkə də qəsdən belə danışırlar. Heç vaxt tanımadığım insan haqqında şərh bildirmərəm. Mənim haqqımda da kim danışırsa o da onun tərbiyyəsidir, onun insanlığıdır. Onların hamısını Allaha həvalə edirəm.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!