Kahramanmaşda yaşanan 7,7 ballıq zəlzələdən sonra qiymətləndirmələr aparan TMMOB - Geologiya Mühəndisləri Palatasının Balıkəsir İl nümayəndəsi Aysun Aykan "Son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq" – deyə açıqlama verib.
Yenisabah.az xəbər verir ki, Türkiyədə 20-ə yaxın yerdə zəlzələ yarada biləcək aktiv qırılmaların olduğunu vurğulayan Aysun Aykan Şimali Anadolu xəttinin başı olan Bingöl-Yedisu bölgəsinə və Şimali Anadolunun bir hissəsini diqqətdə saxlamaq lazım olduğunu qeyd edib.
Onun sözlərinə görə, təhlükəli bölgələr sırasına Mərmərə dənizinin yanından keçən Balıkəsir, Kahramanmaraş-Türkoğlu bölgələri də daxildir. pizza
Geoloq bu zəlzələlərin hələ 1 il davam edəcəyinin proqnozlaşdırıldığını deyib:
“Ölkəmizdə sonuncu dəfə 1999-cu ildə 7,4 bal gücündə güclü zəlzələ olmuşdu. Kahramanmaraşdakı bu zəlzələ son 23 ildə yaşadığımız ən böyük zəlzələdir. Zəlzələ nəticəsində ciddi dağıntı var.
Zəlzələlər ən azı 1 il davam edəcək. 6 bal gücünə yaxınlaşan hər bir zəlzələ yenidən zədələnmiş tikililərə ziyan vura və dağıntılara səbəb ola bilər. Buna görə də zədələnmiş binalara girmək lazım deyil.
Bu zəlzələ Şərqi Anadolu qırılma zonasında baş verdi. Şərqi Anadolu qırılma zonası təxminən 600 kilometr uzunluğundadır, şimal-şərqdən cənub-qərbə doğru uzanır və Karlıova-Bingöl, Palu-Hazar Gölü, Hazar Gölü-Sincik, Çelikhan-Gölbaşı, Gölbaşı-Türkoğlu arasında aydın şəkildə müşahidə oluna bilən 6 əsas qırılma seqmentindən ibarətdir.
Hər bir seqmentdə müxtəlif zəlzələlərin təkrarlanma dövrləri var. Şərqi Anadolu zonasında Pazarcık-Türkoğlu seqmentində olan bu zəlzələ gözlənilən zəlzələ idi və biz bu ərazini seysmik boşluq hesab edirdik. Məlumdur ki, bu bölgədə 1513-cü ildən bəri heç bir zəlzələ olmayıb. Ona görə də bu zəlzələ gözlənilən ərazidə baş verib”.
Aysun Aykan riskli şəhərlərin adlarını da açıqlayıb: “Kocaeli, Bursa, Balıkəsir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Əskişəhər, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Qəhrəmanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir”.
Telegram kanalımız