Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat
13 Apr 2021 17:37
1200

Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat

Birləşmiş Ştatlarda Johnson & Johnson şirkətinin COVID-19-a qarşı birdozalı vaksininin vurulmasına fasilə verilib. 

Belə bir tövsiyə ilə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) və Ərzaq və Dərman Administrasiyası (FDA) çıxış edib. Şirkət potensial qan laxtalanması hallarını tədqiq edir. “Aşırı ehtiyatlılıq səbəbindən vaksindən istifadədə fasilə tövsiyə edirik”, – qurumlar aprelin 13-də birgə bəyanatda deyirlər.

Altı qadında vaksin vurulandan sonra qan laxtalanması, eləcə də trombositlərin sayının azalması müşahidə olunduğundan ABŞ rəsmiləri təhqiqat başladıb.

CDC bildirib ki, aprelin 14-də İmmunlaşdırma üzrə Məşvərət Komitəsinin iclasında bu hallar nəzərdən keçirilərək potensial əhəmiyyəti dəyərləndiriləcək. FDA da həmin analizi nəzərdən keçirəcəyini bildirib. “Proses tamamlanana qədər bu fasiləni tövsiyə edirik”, – birgə bəyanatda deyilir.

İndiyədək Birləşmiş Ştatlarda 6.8 milyon dozadan çox Johnson & Johnson vaksini vurulub.

 

Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər