Bülent Ersoy uşaqlara “cib xərcliyi” verdi: Çantasından bir dəstə pul çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Bülent Ersoy uşaqlara “cib xərcliyi” verdi: Çantasından bir dəstə pul çıxardı

Şou

19 Sentyabr 2026 13:19 112


Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy Bursa şəhərindəki konserti zamanı səhnəyə dəvət etdiyi iki uşağa verdiyi hədiyyə ilə diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, sənətçinin çantasından çıxardığı bir dəstə pulu uşaqlara verməsi gecənin ən çox müzakirə olunan anlarından biri olub.

Bursa Kültürpark Açıqhava Teatrında konsert proqramı ilə çıxış edən Bülent Ersoy mahnıları ilə tamaşaçılara musiqi dolu gecə yaşadıb. Konsertin gedişində isə səhnəyə iki uşağı dəvət edərək onlara gözlənilməz jest edib. Dominos pizza

Sənətçi çantasından çıxardığı bir dəstə pulu köməkçisinə verərək iki yerə bölməsini istəyib. Daha sonra ayrılan pulları uşaqlara “cib xərcliyi” kimi təqdim edib. Böyük məbləğdə pul alan uşaqların sevincinin həddi-hüdudu olmayıb.

Uşaqlar pulları aldıqdan sonra Bülent Ersoya sarılaraq ona təşəkkür ediblər. Sənətçinin də uşaqların reaksiyasına gülümsəyərək cavab verdiyi görülüb.

Konserti izləyən tamaşaçılar həmin anları mobil telefonlarının kameraları ilə lentə alıblar. Görüntülər daha sonra sosial şəbəkələrdə paylaşılaraq geniş marağa səbəb olub.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!