Əsrlər boyu səma cisimlərinin hərəkətləri və mövqeləri insanların taleyi və xarakterləri ilə əlaqələndirilib. Bir çox irq və inancda diqqət çəkən bu elm indi astrologiya olaraq geniş şəkildə izlənilir.
Digər tərəfdən, bir çox araşdırmada da bürclərin insanların xarakterlərini müəyyən etdiyi ortaya çıxır.
Yenisabah.az bürclərin xasiyyəti, onların əlamətləri haqqında ən lazımlı məlumatları təqdim edir:
Qoç bürcü - (latınca Aries)
* 21 mart – 20 aprel
Ünsürü – od
Rəmzi – qoyun
Rəngi – qırmızı
Himayəçi planeti – Mars
Aparıcı motivi – birincilik uğrunda mübarizə
Rəmzi görkəmi ilə insan başına uyğun gəlir.
Müsbət xüsusiyyətləri – enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür.
Mənfi xüsusiyyətləri – çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur.
Buğa - (latınca Taurus)
22 aprel – 20 may
Ünsürü – torpaq
Rəmzi – öküz
Rəngi – mavi və al
Himayəçi planeti – Zöhrə (Venera)
Aparıcı motivi – qurmaq və qorumaq
Rəmzi görkəmi ilə insanın boyun–boğazını təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri – mətin, şən, dəyişməz, sədaqətli, musiqi və incəsənət pərəstişkarı, düşüncəli, əməksevər, müstəqil və təmkinlidir.
Mənfi xüsusiyyətləri – zənginlik düşkünü və kef-damaq hərisi, inadcıl və ətalətlidir.
Əkizlər - (latınca Gemini)
21 may – 21 iyun
Ünsürü – hava
Rəmzi – əkizlər
Rəngi – sarı
Himayəçi planeti – Merkuri
Aparıcı motivi – ixtiraçılıq və ünsiyyətdə olmaq.
Rəmzi görkəmi ilə insanın çiyinlərini, əllərini və ciyərlərini təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri – dərrakəlidir, istedadlıdır, deyiləni tez anlayır və əlbəəl reaksiya verir, eyni vaxtda bir neçə işlə məşğul ola bilir, ürəyiaçıqdır.
Mənfi xüsusiyyətləri – özbaşına, narahat və əsəbidir, eyni vaxtda başladığı bir neçə işin hamısını ata bilər.
Xərçəng - (latınca Cancer)
22 iyun — 22 iyul
Ünsürü — su
Hakimiyyət müddəti- 31 gün
Rəmzi — xərçəng, ürək
Rəngi — bənövşəyi
Himayəçi planeti — Ay
Aparıcı motivi — qabaqcadan xəbər vermə və tərbiyə işi
Rəmzi görkəmi — insan dişlərini və sinəsini təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri — məsuliyyətli, ailəcanlı, müstəqil, qayğıkeş, diqqətli, ehtiyatlı, təvazökar və nəzakətlidir.
Mənfi xüsusiyyətləri — şöhrətpərəst, şəkkak, tənha, xəsis, qorxaq, acıdil və küsəyəndir.
Uğurlu rəngi- Ağ, açıq mavi, göy, yaşıl
Uğursuz rəngi- Boz
Metalı- Gümüş
Uğurlu daşı- Rubin, zümrüd, ay daşı
Enerji verən çiçəyi- Jasmin, bütün ağ çiçəklər
Talismanı - Ürək
Müxalif bürcü - Oğlaq
Şir - (latınca Leo)
23 iyul – 22 avqust
Ünsürü – od
Rəmzi – şir
Rəngi – sarı, narıncı
Himayəçi planeti – Günəş
Uğurlu rəqəmi — 5
Uğurlu günü — bazar
Uğurlu daşı — sarı sapfir
Uğurlu metal — Qızıl
Aparıcı motivi – hökmranlıq və yenilməzlik
Rəmzi görünüşü insan qəlbinə uyğun gəlir
Müsbət xüsusiyyətləri – məğrur, ləyaqətli, qəlbiaçıq, xeyirxah, əliaçıq, qonaqpərvər, məsuliyyətli və ciddidir.
Mənfi xüsusiyyətləri – şöhrətpərəst, yeri gəldi-gəlmədi özünə qarşı ehtiram tələb edən, şıltaq, xırdaçı, xudbin, israfçı və səthidir.
Qız - (latınca Virgo)
23 avqust – 22 sentyabr
Ünsürü – torpaq
Rəmzi – qız
Rəngi – boz, yaxud dəniz dalğası rəngdə
Himayəçi planeti – Merkuri
Aparıcı motivi – kamilləşmə
Rəmzi görkəmi ilə insan bağırsaqlarını və günəş şüalarını təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri – mülayim, həssas, işğüzar, fədakar, məsuliyyətli və ağıllıdır.
Mənfi xüsusiyyətləri – məhdud, xırdaçı, vasvası və narahatdır
Tərəzi -(latınca Libra)
23 sentyabr – 22 oktyabr
Ünsürü – hava
Rəmzi – tərəzi
Rəngi – bənövşəyi
Himayəçi planeti – Zöhrə (Venera)
Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək.
Rəmzi görkəmi ilə böyrəkləri və kürəyi təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri – suyuşirin, zərif, gözəl zövqlü, qəlbiaçıq, nəzakətli və səbrlidir.
Mənfi xüsusiyyətləri – cəsarətsizdir, nəyəsə üstünlük verməkdə əziyyət çəkir, tənhalığa tab gətirə bilmir, öyüd-nəsihət verməyi sevir, əhval-ruhiyyəsi gözlənilmədən dəyişir.
Əqrəb - (latınca Scorpio)
23 oktyabr — 21 noyabr
Ünsürü — su
Rəmzi — əqrəb
Rəngi — tünd qırmızı
Himayəçi planeti — Pluton
Aparıcı motivi — idarəetmə və nəzarət
Rəmzi görkəmi — insanın sidik kisəsini təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri — təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyllidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir.
Mənfi xüsusiyyətləri — xudbindir, hökmranlığa meyllidir, özbaşına, amansız və qapalıdır.
Oxatan -(latınca Sagittarius)
22 noyabr — 21 dekabr
Ünsürü – od
Rəmzi – kentavr
Rəngi – mavi
Himayəçi planeti – Yupiter
Aparıcı motivi – məsləhət və rəhbərlik
Rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri – fəal, sərbəst, səmimi, şən, qəlbitəmiz, dostcanlı və ədalətlidir.
Mənfi xüsusiyyətləri – səbrsiz, sözü bir başa deyən, hər şeyə burnunu soxan, hay-küy salan, düşüncəsiz hərəkət edən, yeri gəldi-gəlmədi əmr və sərəncamlar verməyi sevəndir
Oğlaq - (latınca Capricorn)
22 dekabr -20 yanvar
Ünsürü – torpaq
Rəmzi – dağ keçisi
Rəngi – yaşıl
Himayəçi planeti – Saturn
Aparıcı motivi – Hər şeyi bilmə arzusu
Müsbət xüsusiyyətləri — Humanist, azad və başqalarının düşüncələrinə əhəmiyyət verməsiylə bilinən, intizamli,mesuliyyetli ve praktikdirler
Mənfi xüsusiyyətləri — lovğadırlar, çoxdanışqanlıq və qərarsızlıqdır
Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər.
Dolça (Sutökən) - (latınca Aquarius)
21 yanvar - 19 fevral
Ünsürü — hava
Rəmzi — dolça
Rəngi — mavinin müxtəlif çalarları
Himayəçi planeti — Uran (Saturn)
Aparıcı motivi — həqiqəti axtarmaq
Rəmzi görkəmi — Ayaq və baldırları təsəvvürə gətirir.
Müsbət xüsusiyyətləri — Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli və idealistdir.
Mənfi xüsusiyyətləri — Anlaşılmaz, dikbaş, inad və ənənələrə qarşıdır.
Balıqlar - (latınca Pisces)
19 fevral - 20 mart
Ünsürü — su
Rəmzi — bir-birnə qarşı üzən iki balıq
Rəngi — dəniz dalğasının rəngi
Himayəçi planeti — Neptun
Aparıcı motivi — ədalətli mühakime yürütmək ve kamilləşmək
Müsbət xüsusiyyətləri — dərrakəlidir, istedadlıdır, deyilən tez anlayır və əlbəəl reaksiya verir
Mənfi xüsusiyyətləri — xudbin, nəzakətsiz, boşboğaz, mütərəddid və məsuliyyətsizdir.
Telegram kanalımız