YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Bütün diqqət 9 noyabr bəyanatına yönəldilməlidir” – Sülhəddin Əkbər

“Bütün diqqət 9 noyabr bəyanatına yönəldilməlidir” – Sülhəddin Əkbər

Siyasət

05 Noyabr 2021 16:05 1093


Ermənistan-Azərbaycan arasında yaxın günlər sülh sazişinin imzalanması gözlənilir. Rusiyanın prosesdə aktiv iştirakı tərəflərin bir araya gəlmək ehtimalını daha da artırır. Amma Ermənistan rəsmilərinin təzadlı fikirlər səsləndirməsi çoxsaylı suallar doğurur.  

Fikirlərini Yenisabah.az-la bölüşən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər bildirib ki, o, Ermənistanın geri addım atacağını düşünmür:

“İkinci tərəfdən, Ermənistan özü geri addım atmaq istəsə belə, arxasında duran ölkələr ona bu imkanı verməzlər. Ermənistana nə Rusiya, nə Fransa, nə ABŞ, nə də bütövlükdə Kollektiv Qərb imkan yaradar. Ona görə də, onlar nə status məsələsindən əl çəkəcək, nə də sülh razılaşması belə qısa zamanda əldə olunacaq.

Mən bu məsələyə bir qədər pessimist baxıram. Hesab edirəm ki, Azərbaycan indi əsas diqqəti Üçtərəfli Bəyanata yönəltməlidir”.

AzDP sədri əlavə edib: “Birincisi, onlar yaranmış vəziyyətdən narazıdırlar; ikincisi, onlar itirdiklərini nə qədər geri qaytara bilər; üçüncüsü, bu məsələdə tək deyillər. Əsas məsələ Rusiya və Fransanın, müəyyən dərəcədə ABŞ-ın mövqeyidir. Söhbət təkcə Azərbaycandan getmir, Türkiyədən və Türk Birliyinin yaranmasından gedir. Ona görə də, buna Zəngəzur dəhlizinin açılması və s. kimi dar çərçivədə baxmaq lazım deyil, çünki bu yanlış baxış tərzidir. Məsələyə daha geniş geopolitik konteksdə baxılmalıdır. Yəni Türkiyənin yüksəlişi, Türk Birliyinin yaranması perspektivinin açılması, Azərbaycanın Naxçıvan MR ilə əlaqəsinin təmin olunub yüksəlişə keçməsi və s. bu kontekslə baxılmalıdır”.

Siyasətçi onu da vurğulayıb ki, təbii ki, ermənilər mümkün olduqca bütün prosesin inkişafına müqavimət göstərəcəklər:

“Erməni silahlı birləşmələri ərazimizdən çıxarılmayıb, “Artsax Respublikası” bütün qurumları ilə birlikdə hələ də, yaşayır, sərhədlər delimitasiya və demarkasiya olunmayıb, 8 kəndimiz indi də düşmənin nəzarətindədir. Görün, nə qədər həllini gözləyən məsələlər var. Təbii ki, Ermənistan müxalifətinin də bu problemlərin həll olunmamamısında rolu var. Onlar parlamentdə əksəriyyət təşkil etməsələr də, kilsə və erməni diasporası ilə birlikdə təsirli qüvvədir və arxasında bəzi xarici güc mərkəzləri durub”.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!