Buxarestin meri korrupsiyada şübhəli bilinir: İstintaqa çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Buxarestin meri korrupsiyada şübhəli bilinir: İstintaqa çağırıldı

Dünya

18 İyun 2026 22:18 152


Rumıniya paytaxtı Buxarestin baş meri, Milli Liberal Partiyasının sədrinin birinci müavini Çiprian Çuku korrupsiya ittihamı üzrə Milli Antikorrupsiya İdarəsinə dindirilməyə çağırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Çiprian Çuku tikinti icazəsi qarşılığında pul almaqda ittiham olunur. Dominos pizza

İdarənin binasına daxil olarkən şəhər administrasiyasının rəhbəri jurnalistlərlə danışmaqdan imtina edib.

"Agerpres" məhkəmə mənbələrinə istinadən bildirir ki, Çukuya korrupsiya işi üzrə şübhəli statusu verildiyi rəsmən bildirilib.

İddialara əsasən, Çuku əvvəllər Buxarestin 6-cı rayonunun meri olarkən bir iş adamına pul qarşılığında tikinti icazəsi verməkdə şübhəli bilinir. Bunun vəsaiti isə o, 2025-ci ildə paytaxt meri seçkiləri üçün öz təbliğat kampaniyasını maliyyələşdirmək məqsədilə sərf edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!