“Onların adından Cabirin ailəsindən üzr istəyirəm” - Aparıcı Mətanət Əliverdiyeva

saytların hazırlanması

Evə çatdırılma

“Onların adından Cabirin ailəsindən üzr istəyirəm” - Aparıcı Mətanət Əliverdiyeva

Şou

30 Sentyabr 2025 22:47 45337


Aparıcı Mətanət Əliverdiyeva Əməkdar artist Cabir İmanovun idman zalındakı son kadrlarını yayan şəxslərə görə mərhumun ailəsindən üzr istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb. 

"Cabirin idman zalındakı həmin o görüntülərinə biz də baxdıq, amma verilişlərimizdə bunu yayımlamadıq. Pandemiyada da mən bunun qəti əleyhinə idim. Məni top atəşinə tutdular, amma sonra dedilər ki, yox, Mətanət düz deyir. Arif Quliyevin o videolarını yadınıza gəlir? Allah rəhmət etsin, insan canı ilə əlləşirdi, bizimkilər isə videoya çəkib paylaşırdı. Ayıb, ayıb, bir də ayıb. O video bir sənəd olaraq həkimə lazımdır, amma bunu yaymaq olmaz. Bunu kimin etdiyini bilmirəm, amma mən həmin adamların adından Cabirin ailəsindən üzr istəyirəm. Belə insanlara görə xəcalət çəkirəm" deyə, Mətanət Əliverdiyeva bildirib./Axşam.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şirməmməd
    Mən Mətanət xanımın dediklərini alqışlayıram! Sağ olsun!
    7 months ago
  • Naməddin
    Sən özün əvvəlcə "Azadlıq" metrosu yaxınlığında yanan binada həlak olanların ailəsindən üzr istə, sonra ozünu ağıllı kimi göstərərsən!
    7 months ago