Cahangir Əsgərovun qızı xaricdə 7 milyonluq əmlak aldı

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Əsgərovun qızı xaricdə 7 milyonluq əmlak aldı

Siyasət

17 Sentyabr 2026 10:18 874


Dövlət subsidiyaları ilə idarə olunan AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu ili iyunun 30-da Nyu Yorkda Duqlas Kent Uolladan 7,5 milyon dollara əmlak alıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

“Söhbət Manhettenin Çelsi rayonunda, 543 “West 25th Street” ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir. pizza hut

Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu MRCRİ Prop LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə “Duqlas Uolla”nın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate LLC” olub. Ümumi sahə 434.6 kvadrat metrdir.

Əmlak biznes istifadəsi, böyük ehtimalla “Gazelli Art House” üçün alınıb.

“Duqlas Uolla” Nyu York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kuratordur”, - jurnalist bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!