“Caliber”: Laçın dəliyi, erməni yaraqlıları və Qarabağdakı “sülhməramlı” özbaşınalıq - Video

saytların hazırlanması

Evə çatdırılma

“Caliber”: Laçın dəliyi, erməni yaraqlıları və Qarabağdakı “sülhməramlı” özbaşınalıq - Video

Rəsmi

23 Dekabr 2021 22:21 1788


2020-ci ilin noyabr ayında imzalanmış və hüquqi olaraq Ermənistanın Qarabağdakı 44 günlük müharibədə məğlubiyyətini rəsmiləşdirən razılaşmadan bir ildən çox vaxt keçir. Lakin indiyədək üçtərəfli bəyanatın bir sıra müddəaları ermənilər tərəfindən sabotaj edilməkdə davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə məlumat verilir.

“Zəngəzur dəhlizi məsələsində Bakının hərbi-diplomatik təzyiqindən sonra müəyyən irəliləyiş əldə edilsə də, razılaşmada erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılmasını nəzərdə tutan dördüncü bəndinə əməl edilməməsi məsələsi aktual olaraq qalır. “Laçın dəhlizi”nə, daha doğrusu, hər kəsin nəzarətsiz keçdiyi “Laçın dəliyi”nə gəldikdə isə Ermənistandan gələn mülki geyimli müqaviləli əsgərlərdən tutmuş, Fransada prezidentliyə namizədlərin oradan keçməsinə ayırıca bir süjet həsr etmək olar”, - deyə videomaterialda bildirlir.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!