Cammu və Kəşmirdə nə baş verir? –  Səfirdən açıqlama
08 Noy 2019 10:54
193

Cammu və Kəşmirdə nə baş verir? – Səfirdən açıqlama

“Dəyişikliklərin iqtisadi inkişafı təşviq edəcəyini, daha təkmil, cavabdeh idarəçilik yaradacağını və regionun xüsusilə də, daha az imtiyazlı əhalisinə sosial-iqtisadi ədalət gətirəcək”.

Yenisabah.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri B. Vanlalvavna “Cammu və Kəşmirin Yenidən Təşkili Aktı 2019”un tətbiq edilməsi və  2019-cu il tarixində Cammu və Kəşmir İttifaq Ərazisi və Ladax İttifaq Ərazisinin yaradılması ilə əlaqədar suallara cavab verərkən bildirib. 

B. Vanlalvavna dəyişikliklərin, əvvəllər Cammu və Kəşmirə aid edilməyən 106 milli qanunun qadınların, uşaqların və qeyri-imtiyazlı təbəqələrin hüquqlarının müdafiəsi üçün tətbiq edilməsini mümkün etdiyini qeyd edib. Ladax İttifaq Ərazisinin yaradılması həmçinin, insanların uzunmüddətli istəyinə cavab verərək regional uyğunsuzluğu aradan qaldıracaq. Hindistan Höküməti həmçinin, iki ittifaq ərazisində həyata keçirilən layihələrin maliyyələşdirilməsinin 90 faizini (digər ştatlar və ittifaq əraziləri üçün 60 faiz) öhdəsinə götürüb və bu hər iki ittifaq ərazisinin ümumi sosial və iqtisadi inkişafına ciddi təsir göstərəcək. 

Səfir daha sonra 24 oktyabr, 2019-cu il tarixində seçicilərin 98 faizinin iştirakı ilə yerli orqanlara seçkilərin uğurla keçirildiyini əlavə edib. 

Cammu və Kəşmir və Ladaxdakı son vəziyyətə dair məlumat verən səfir, vəziyyətin tədricən normallaşdığını bildirib: “Hərəkət üzərindəki bütün məhdudiyyətlər qaldırılıb, şəhər və mobil telefonlar da daxil olmaqla rabitə bərpa edilib, məktəb və xəstəxanalar, hökümət idarələri və biznes müəssisələri açıqdır”. 

5 avqust tarixindən etibarən təhlükəsizlik tədbirləri nəticəsində bir güllənin belə atılmadığını və heç bir can itkisinin olmadığını bir daha nəzərə çatdıran diplomat digər tərəfdən terrorçuların bölgədəki mülki şəxsləri, işçiləri, nəqliyyat  işçilərini və alma yetişdiricilərini qorxutmaqda və öldürməkdə davam etdiyini bildirib.

Oxşar xəbərlər