Cavanşir Məmmədov fəhlə ilə özü arasında fərqi izah etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Məmmədov fəhlə ilə özü arasında fərqi izah etdi - Video

Şou

27 Mart 2024 12:55 915


"Biz toyda doyunca çörək yeyə bilmirik. Ona görə ki, yemək səsi içəri batır. Limonlu çay içə bilmirik. Çünki limondakı turşu boğazı qıcıqlandırır və səs temberi dəyişir. Səs gücləndirici aparatın yanında 15 dəqiqə qalanda söz soruşsalar da, eşitmirsən". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Rəngarəng səhər" verilişində deyib. 

"Fəhlə qardaşlarım, əgər mənim sözlərim sizin xətrinizə dəyibsə, üzr istəyirəm. Üzr istəmək də böyüklükdür. Amma mən xətrə deyiləsi söz deməmişəm. Sözlərimi verilişdə montaj edib paylaşıblar. Siz fəhlələrin işi hamıdan ağırdır. Amma yüngül işlər də var. Hər sahədə var. Axı onu sən niyə üzərinə götürürsən? Niyə mənə qarşı "briqada", "komanda" düzəldirsiniz?!" pizza

Qeyd edək ki, fəhlələrdən biri Cavanşir Məmmədova sosial şəbəkədə videomüraciət ünvanlayıb: "Əgər dediyiniz kimi, fəhlənin işi sizinkindən asandırsa, toyu idarə etmək üçün danışdığın pulu mən sənə verirəm. Gəl, bir gün mənimlə palçıq qarışdır. Aşağıdan yuxarı mərtəbəyə qum daşı, toyda danışdığın pulu sənə verməsəm, nakişiyəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!