Əməkdar artist Cavanşir Məmmədov yeni aldığı avtomobilini nümayiş etdirib.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Günün sədası” proqramının qonağı olan sənətçi "Rolls-Royce" markalı maşınını yeni aldığını açıqlayıb.
O, maşını Qələbə günü münasibətilə özünə hədiyyə etdiyini deyib. Məmmədov avtomobili hərracdan aldığını desə də, qiymətini açıqlamaqdan imtina edib. Sezar pizza
Qeyd edək ki, “Rolls-Royce” avtomobilləri hər zaman eksklüziv və lüks hesab olunub. Amma vaxtaşırı, istehsalçı şirkət avtomobillərinin daha da dəbdəbəli və xüsusi versiyalarını təqdim edir.
Telegram kanalımız