Çavuşoğlu Lavrovla danışdı: “Yaxşı xəbərlər gözləyirik”

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu Lavrovla danışdı: “Yaxşı xəbərlər gözləyirik”

Siyasət

15 Mart 2022 14:22 715


“Ukraynada olan Türkiyə vətəndaşlarının təxliyəsi davam edir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Antalya Diplomatiya Forumunda Ukraynadakı mülki vətəndaşların təxliyəsi məsələsi geniş müzakirə olunub. Nazir söyləyib ki, bu ölkədəki Ahıska türkləri, Krım tatarları və digər xalqların nümayəndələrini də təxliyə edirlər.

“Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik. Biz, əlbəttə, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Digər tərəfdən də mülki əhalinin ölkədən çıxması ilə bağlı  müzakirələrimizi davam etdiririk. Ötən gecə Sergey Lavrovla danışdım. Şərtlər tədricən formalaşır. Yaxın günlərdə yaxşı xəbərlər gözləyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!