Cəbrayıla köç bu tarixdə başlayır - Deputat açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayıla köç bu tarixdə başlayır - Deputat açıqladı 

Sosial

22 Noyabr 2023 16:34 1673


İşğaldan azad olunan bütün ərazilər kimi, Cəbrayılda da bərpa-quruculuq işləri sürətlə davam edir. Bu, ötən gün həmin rayondan paylaşılan videoda da öz əksini tapıb. 

Bəs cəbrayıllı sakinlər öz dədə-baba yurdlarına nə vaxt köç edəcəklər? İlkin olaraq neçə ailənin doğma yurda qayıtması nəzərdə tutulur? 

Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov bu məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verib.  Toyuqlu pizza

Deputat bildirib ki, Cəbrayıl ərazisində sürətlə bərpa-quruculuq işləri aparılır.

“Bu gün Cəbrayılda çox böyük quruculuq işləri həyata keçirilir. Artıq rayon mərkəzində 31 bina inşa olunub. Eyni zamanda bir neçə kəndin təməli də qoyulub. Rayonun digər yerlərində də işlər dayanmadan həyata keçirilir. Bu da onu göstərir ki, bərpa və yenidənqurma işləri çox sürətli formada aparılır. Həyata keçirilən tədbirlərin fonunda demək mümkündür ki, Cəbrayılın öz sakinlərinə qovuşmasına çox az bir vaxt qalıb. Tezliklə Cəbrayıllılar dədə-baba yurdlarına qayıdacaqdır. Sözügedən prosesin qısa müddət ərzində reallaşması üçün bütün işlər sürətli formada davam edir. İstər yol infranstrukturu, istər qaz və elektrik təchizatı ilə bağlı məsələlər operativ olaraq öz həllini tapır”. 

Millət vəkili ilkin mərhələdə nə qədər insanın Cəbrayıla köçəcəyi ilə bağlı sualı da cavablandırıb:

“Ola bilər ki, növbəti ilin ortaları, ya da sonlarında köç prosesinə start verilsin. Ancaq həmin proses daha tez də başlaya bilər. Dəqiq tarix demək hələ ki, mümkün deyil. Çünki bu ən çox Cəbrayıl ərazisində həyata keçirilən işlərlə bağlıdır. Köç prosesinə dair sorğuların nəticələrinə əsasən və hazırlanan mənzillərin sayını nəzərə alaraq, Cəbrayıla ilkin növbədə bir neçə min şəxsin köçürüləcəyini deyə bilərik. Digər sakinlər isə növbə prinsipi əsasında tikilib təhvil verilən evlərdə məskunlaşmağa başlayacaqlar”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!