İkinci Qarabağ müharibəsi zamanı ölən daha iki erməni hərbçinin qalıqları tapılıb.
Yenisabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, meyitlər Cəbrayıl rayonunda aşkarlanıb.
Hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşəcək.
Qeyd edək ki, bununla da müharibədən sonra işğaldan azad edilən ərazilərdən tapılan erməni hərbçilərin sayı 1700-ə çatıb.
Telegram kanalımız