Cəlilabadda maşın iki qardaşı vurdu:   Biri öldü

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda maşın iki qardaşı vurdu: Biri öldü

Hadisə

21 Noyabr 2022 09:32 884


Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, rayon ərazisində iki qardaşı avtomobil vurub.

İki qardaşdan biri - rayonun Kazımabad kənd sakini, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu müalicə aldığı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasında dəyişib. pizza

Qeyd edək ki, yol qəzası ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən rayonun Kazımabad kənd sakinləri, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və 1990-ci il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili vurub. Yaralılar rayon xəstəxanasına aparılıb./Report

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!