“Cəmiyyət məni “mavi” kimi görmək istəyirdi“   - Samiraldodan şok etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Cəmiyyət məni “mavi” kimi görmək istəyirdi“ - Samiraldodan şok etiraf

Şou

12 Aprel 2022 10:58 1837


“Yeriyəndə ayaqlarım bir-birinə dolaşırdı, sözləri tələffüz edə bilmirdim, əllərimi də həmişə yöndəmsiz saxlayırdım. Bütün bunlar məni insanların gözündə gülüş hədəfinə çevirdi ...”

Yenisabah.az xəbər verir ki, bu sözləri stilist Samiraldo (Samir Əliyev) kulis.az-a müsahibəsi zamanı deyib.

O, indiki obrazının məhz cəmiyyətin istəyi olduğunu bildirib: pizza hut

“Məni təhqir edənləri görəndə əlbəttə, pis oluram. Bilirsiniz, mənim keçirdiyim xəstəlikdən milyonda bir insan sağala bilər. O da həkimlərin ciddi nəzarətində olsa. Mən isə sağaldım. Lakin, müəyyən vərdişlərim vardı ki, onları tərgidə bilmirdim. Yeriyəndə ayaqlarım bir-birinə dolaşırdı, sözləri tələffüz edə bilmirdim, əllərimi də həmişə yöndəmsiz saxlayırdım. Bütün bunlar məni insanların gözündə gülüş hədəfinə çevirdi. İnternatdan çıxandan sonra cəmiyyət mən və mənim kimi insanları qəbul etmədi. Orda olanda mən bilmirdim ki, mavi, homoseksual nə deməkdir. Deməli bizim cəmiyyətdə mədəniyyətsiz, tərbiyəsiz insanlar da var. Onların tərbiyəsi isə valideynlərdən gəlir. Sevinirəm ki, mənə ən böyük tərbiyəni həyat verdi. Cəmiyyətə, insanların arasına daxil olandan sonra isə hər şeyi onların acığına elədim. Axı cəmiyyət özü məni Samir kimi yox, Samiraldo kimi, “mavi” kimi görmək istəyirdi. Mən də onlara Samiraldonu təqdim etdim. Onların xahişini, tələbini Samiraldo obrazı ilə özlərinə geri qaytardım”.

O, vaxtilə pul qazanmaq üçün çəkdiyi əziyyətlərdən danışıb:

“Mən Samir kimi qapılarda işləyəndə, 30 kiloluq çəkimlə 70 kiloluq un kisələri daşıyanda qazancım cəmi bir çörək olurdu. Təsəvvür edirsiniz? Bir gün ərzində döyülə-döyülə, söyülə-söyülə əlli, altmış kisə daşıyırdım ki, acından ölməyim. Qazandığım o çörəyi də özüm kimi yetimlərlə bölüb yeyirdim. Bəzən elə olurdu ki, işlədiyim çörək sexinə beş dəqiqə gecikməyimin üstündə məni vəhşi kimi döyürdülər, ancaq bu gün Samiraldo kimi 300 manatlıq qonorarı olan tədbirə getmirəm. Tələb edirəm ki, 500 manat verilsin. Görün, mən necə qudurmuşam! Əslində bu qudurğanlıq da deyil. Sadəcə insanlara demək istəyirəm ki, “mən sizin üçün Maral Tahirqızı deyiləm, Samiraldoyam”. Yenə deyirəm, insanlar özləri məni belə görmək istədilər”.

Stilist Samiraldo yox, Samir olarsa, pul qazana bilməyəcəyini qeyd edib:

“Samir Samiraldonu məhv edib üzə çıxsa, əlbəttə hörmət qazanar. Amma pul qazana bilməyəcək. O üzə çıxsa, sırf öz həyatını yaşamaq üçün çıxacaq. Necə ki, uşaqlıqda öz həyatını yaşayırdı. Məni həyat belə aciz etdi, dəyişdi. Amma sınmağa qoymadı. Elə güclü insan oldum ki, indi hətta üzümə tüpürsələr belə həmin adamlara heç nə etmərəm. Əksinə “Ay mənim canım, niyə üzümə tüpürdün?” və yaxud da “İndi üzümü yumağa gedirəm” deyərəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!