Cermukda tanınmış erməni xadimlərinin büstləri murdarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Cermukda tanınmış erməni xadimlərinin büstləri murdarlanıb

Rəsmi

06 Sentyabr 2022 15:33 1201


Cermuk şəhərinin mərkəzi parkında nəhəng ictimai-regional kompleks var. 

İçərisində erməni böyüklərinin: Komitas, Sevak, Tumanyan, Aram Xaçatryan, Martiros Saryan və onlarla başqalarının büstləri var.

Yenisabah.az xəbər verir ki, Samvel Pipoyan adlı erməni fəal facebook səhifəsində kompleksin daxilində baş verən mədəni vandalizm barədə xəbərdarlıq edib.

"İki-üç il əvvəl o büstlər yalnız müxtəlif xoşagəlməz rənglərə boyanırdı. Vəziyyət indi dəhşətlidir. Demək olar ki, bütün büstlər ya sındırılıb, ya murdarlanıb, ya da tamamilə dağıdılıb. İçimizdə nə qədər vandalizm, sənətə, elmə nifrət hissi yaranıb? Belə möhtəşəm əsərlərin nəinki sadə vətəndaşlar tərəfindən tapdalanması, hətta dövlət və ictimai xidmətlərinin də diqqətindən kənarda qalması insanı ağrıdır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!