Çexiya Prezidenti Petr Pavel bu dəfə siyasi fəaliyyəti ilə deyil, qeyri-adi hobbisi ilə diqqət mərkəzinə düşüb.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Macarıstanda keçirilən “Formula-1” üzrə Qran-pri yarışını izləmək üçün “Hunqarorinq” avtodromuna gedib. Lakin o, tribunada əyləşmək əvəzinə peşəkar fotoqraf kimi trasda fəaliyyət göstərib.
Məlumata görə, Petr Pavel yarışa peşəkar fotokamera avadanlığı və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi akkreditasiyası ilə qatılıb. Şənbə günü keçirilən yürüşlər zamanı o, bolidlərin mübarizəsini obyektivinə köçürüb. Çexiyalı “Formula-1” fotoqrafı İrji Krjenek də prezidenti müşayiət edib. Toyuqlu pizza
Bu, Petr Pavelin avtoidman yarışlarında fotoqraf kimi ilk təcrübəsi deyil. O, iyun ayında Fransada keçirilən məşhur “Le-Manın 24 saatı” yarışında da peşəkar fotoaparatla görüntülər çəkib.
NATO Hərbi Komitəsinin sabiq sədri uzun illərdir idman fotoqrafiyasına maraq göstərir. O, Çexiyada keçirilən “MotoGP” və “World Superbike” yarışlarını lentə alıb, həmçinin NASCAR yarışlarını izləmək üçün ABŞ-a, Dakar rallisini çəkmək məqsədilə isə Səudiyyə Ərəbistanına səfər edib.
Telegram kanalımız