YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri ilə görüşdü

Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri ilə görüşdü

Siyasət

24 Sentyabr 2022 19:20 621


Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.

XİN-dən Yenisabah.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, habelə regional məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və təmasların ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək “Cənub qaz dəhlizi”nin önəmi vurğulanıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin təxribatları barədə məlumat verərək liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib.

Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında məsləhətləşmələrin davam etdirilməsinin vacib olduğunu bildirilib.

Görüşdə, həmçinin iki ölkə arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlərə toxunulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!