“Ceyhun Bayramov həm də bədən dili ilə erməniləri başa salır” - Aqil Abbas
30 Okt 2020 21:20
2649

“Ceyhun Bayramov həm də bədən dili ilə erməniləri başa salır” - Aqil Abbas

Mən danışıqlardan heç vaxt nəsə gözləməmişəm. Ermənilərin də haqqa gələcəyinə inanmıram. Çünki haqqa gələn haqlı insanlar ola bilər, onlar mülki insanları qətl edən cinayətkarlardır. Həm də axı hansı haqqa gəlsinlər? Erməniləri Qarabağdan çıxarırıq, az qalıb. Nə haqqa gəlmək? Təslimçilik məsələsi olmalıdır. Təslim olsunlar, qoşunlarını çıxarsınlar və biz də buna uyğun olaraq hərbi əməliyyatları dayandıraq.

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili, yazıçı Aqib Abbas deyib.

Aqil Abbas əlavə edib ki, Ermənistan ordusu Azərbaycanın işğal olunan ərazilərindən çıxdıqdan sonra erməni tərəfi ilə masada əyləşib danışıqlar aparmağı mümkün sayır: “Hörmətli Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Əvvəl yalvardılar, ona-buna müraciət etdilər. Biz də üç dəfə humanitar atəşkəs elan etdik. Amma hər üçünü pozub dinc əhalini vurdular.

İndi Cenevrədə danışıqlar olacaq. Ola bilsin ki, vaxt vermək məsələsi ortaya çıxsın, amma erməniyə vaxt vermək olmaz. Onlara vaxt verən kimi özlərini toparlayıb bizə qarşı hücuma keçə bilərlər. Nəzərə alın ki, mən özümün subyektiv fikirlərimi sizinlə bölüşürəm. Diplomatiyanın necə olması haqqında sizə bir söz deyə bilmərəm. Diplomatiyanın başında Ali Baş Komandan durur, o müəyyən edir. Sözsüz ki, nazir Ceyhun Bayramov da həm sözlə, həm də bədən dili ilə düşmənlərimizi başa salır”.  /Teleqraf.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər