28 May - 18:34
Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

Siyasət

27 Yan 2022 18:42


Xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul etdi.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın dost Kolumbiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd etdi. Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulandı və iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edildi.

Nazir, həmçinin səfirin Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dövrdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini söylədi və bu xüsusda, hazırda bölgədə mövcud olan münaqişə sonrası inkişaf barədə məlumat verdi.

Səfir Luis Antonio Dimate Kardenas ölkəsinin ikitərəfli əlaqələrin inkişafına sadıq olduğunu qeyd etdi. Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə, habelə həyata keçirilən məlumat mübadiləsinə görə təşəkkürünü bildirdi. Səfir, ölkəsinin bölgədə dayanlıqlı sülhün təmin olunmasının tərəfdarı olduğunu və bununla əlaqədar, 2020-ci ilin noyabr tarixli üçtərəfli bəyanatın tam icrasını dəstəklədiyini qeyd etdi. O, Azərbaycana həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu etdi. Səfir iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət, idman və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söylədi və bu əlaqələrin gələcək inkişafı üçün potensialın mövcudluğunu vurğuladı.

Nazir Ceyhun Bayramov səfir Luis Antonio Dimate Kardenasa ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.


Youtube kanalımız


Digər xəbərlər