Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşdü

Siyasət

25 Aprel 2026 21:32 109


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Nazirlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin ticarətin, kommunikasiyaların, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Tərəflər regional və qlobal proseslər barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiq edib və Azərbaycanla Ukrayna arasında davamlı yüksək səviyyəli dialoqun və tərəfdaşlığın vacibliyini xüsusi qeyd ediblər.

Nazirlər həmçinin Azərbaycan və Ukrayna arasında Mülki və Kommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Saziş imzalayıblar ki, bu da ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi bazanı daha da möhkəmləndirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!