Cibgirlik edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Cibgirlik edən şəxs saxlanıldı

Kriminal

23 Aprel 2026 15:06 108


Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan “Iphone” markalı mobil telefonunun talandığını bildirib.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb. Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!