Çin Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını alqışlayır

saytların hazırlanması

Evə çatdırılma

Çin Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını alqışlayır

Siyasət

15 Oktyabr 2026 14:10 67


Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) gücləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirir və ölkənin sədrliyinin yeni müddətə uzadılmasını alqışlayır.

"Yeni Sabah" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Bakıda AQEM-in 7-ci sammitində bildirib.

O, sədr ölkə kimi sammitə hərtərəfli hazırlığa və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib. pizza sifarişi

"İki illik sədrlik dövründə Azərbaycan qarşılıqlı əlaqəlilik, rəqəmsal iqtisadiyyat, yaşıl inkişaf və iqlim dəyişikliyinə davamlılığın artırılması sahələrində əməkdaşlığı irəli aparıb, həmçinin AİŞTİƏT-in gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib", - Van İ bildirib.

Onun sözlərinə görə, Pekin bu fəaliyyəti yüksək qiymətləndirir və Azərbaycanın sədrlik missiyasının davam etdirilməsini dəstəkləyir.

Çinin XİN rəhbəri əlavə edib ki, onun ölkəsi bundan sonra da AQEM-i fəal şəkildə dəstəkləməyə və təşkilatın işində aktiv iştirak etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!