Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei ABŞ Baş Qərargah rəislərinin sədri Mark Millinin "hərbi ittifaq" bəyanatını şərh edib.
Yenisabah.az xəbər verir ki, o, Çin-Rusiya münasibətlərini soyuq müharibə düşüncəsi baxımından qiymətləndirənlər düzgün mühakimə yürütə bilmədiyini bildirib.
Tan Kefei bildirib: “Başqalarını özbaşına mühakimə edən, Soyuq müharibə dövrünün məhdud və köhnəlmiş blok düşüncəsini izləyən, Çinə narahatlıqla baxan və Rusiya-Çin münasibətlərini qiymətləndirənlərin mesajı və mülahizələri yanlışdır. Təbii ki, onlar düzgün mühakimə yürütə bilməzlər”. pizza
O qeyd edib ki, Rusiya və Çin liderlərinin strateji rəhbərliyi altında ölkələr böyük dövlətlər arasında qarşılıqlı etimada və mehriban qonşuluğa zəmin yaradıb, yeni tipli beynəlxalq münasibətlər modelini yaradıblar.
Telegram kanalımız