Çində öpüşmə cihazı hazırlandı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Çində öpüşmə cihazı hazırlandı - VİDEO

Dünya

01 Mart 2023 08:04 3043


Çində öpüşmə cihazı hazırlanıb.

Bakupost.az bildirir ki, cihaz Çinin Changzhou Mekatronik Texnologiya Peşə İnstitutu tərəfindən hazırlanıb.

Təzyiq sensorları ilə təchiz olunmuş və isti silikon dodaqları olan bu cihaz uzaq məsafədən münasibət quran cütlüklərin fiziki yaxınlıq yaşaması üçün ərsəyə gətirilib. Sezar pizza

Cihazdan istifadə etmək üçün smartfon proqramı yüklənir və sonra cihaz telefonun enerji portuna qoşulur. Öpüşmək üzrə olanda cütlüklər video zəng edə bilərlər.

Cihazın ixtiraçısı Jiang Zhongli bildirib ki, bu ideyanı universitetdə sevgilisi ilə ayrı-ayrı şəhərlərdə yaşayarkən kəşf edib. Cihaz təqdim edildikdən sonra ölkədə gündəm olub.

Cihazın satışı 42 dollar nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl Malayziyadakı İmagineering İnstitutu 2016-cı ildə oxşar cihaz hazırlamışdı. Lakin bu alətdə real görünən dodaqlar deyil, toxunuşa həssas silikon yastıq vardı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!