Əməkdar artisti Çingiz Əhmədin oğlu İbrahim Çingiz vaxtilə hava limanında terrorçu kimi saxlanıldığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Söhbət var” proqramında qonaq olan aktyor imicinə görə başına bunların gəldiyini deyib:
"İllər əvvəl uzun saçlarım, saqqalım vardı. Bu halımla "Yuxu" kimi serialına çəkilməyə başladım. 6 ay nə saçlarımı kəsdirdim, nə saqqalımı qırxdım, nə də ki dırnaqlarımı tutdum, amma çimirdim. pizza sifarişi
İzmirdən Bakıya dönəndə 3 polis avtomobili yolumu kəsdi. Çamadanlarımı yerə atıb, yoxlamağa başladılar. Dedilər ki, hava limanını partlatmaq istəyirsən. O anda isə aləm dəydi bir-birinə. Onlara başa saldım ki, mən aktyoram. Üzümüzə "pudra" vurub, səhnəyə çıxırıq, tamaşalar oynayırıq.
Ondan sonra söylədilər ki, aktyorsansa "Instagram" səhifəni bizə aç göstər. Göstərəndən sonra gördülər ki, izləyicilərim var. Çamadanlarımı yenidən yığıb, məni Bakıya yola saldılar".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız