ABŞ 6 Çin təşkilatını "qara siyahı"ya salıb.
Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, sözügedən qurumlar Çinin hərbi modernləşdirmə səylərinə, xüsusən də Xalq Azadlıq Ordusunun (XAO) aerokosmik proqramlarına, o cümlədən dirijabllara və hava şarlarına verdiyi dəstəyə görə sanksiyaya məruz qalıb.
Ticarət nazirinin köməkçisi Don Qreyvs "Tvitter" hesabında milli təhlükəsizliyi və ABŞ-ın suverenliyini qorumaq üçün bu cür məhdudiyyətlərdən və digər tənzimləyici və icra alətlərindən tərəddüd etmədən istifadə etməyə davam edəcəyini bildirib. pizza sifarişi
Siyahıya "Beijing Nanjiang Aerospace Technology Co.", "48th Research Institute China Electronics Technology Group Corporation", "Dongguan Lingkong Remote Sensing Technology Co.", "Eagles Men Aviation Science and Technology Group Co.", "Guangzhou Tian-Hai-Xiang Aviation Technology Co." və "Shanxi Eagles Men Aviation Science and Technology Group Co." daxil edilib.
Telegram kanalımız