Çinin cənub-qərbində güclü leysan: 9 mindən çox sakin təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Çinin cənub-qərbində güclü leysan: 9 mindən çox sakin təxliyə edildi

Dünya

23 İyun 2026 19:13 171


Bazar ertəsindən başlayaraq Çinin cənub-qərbindəki Quyçjou əyalətinin bir çox bölgəsini bürüyən güclü yağışlar səbəbindən 9 000-dən çox sakin təxliyə edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Təbii fəlakətdən əziyyət çəkən ərazilərdən olan Quyçjou əyalətinin Tsyannan-Bui-Miao Muxtar Dairəsinə daxil olan Duyun şəhərində çərşənbə axşamı məktəblərdə dərslərin təxirə salındığı açıqlanıb. Buna səbəb isə həmin günün səhər saatlarında şəhər üzrə daşqın təhlükəsinə qarşı fövqəladə vəziyyət rejiminin 3-cü pillədən 2-ci pilləyə yüksəldilməsi olub. Dominos pizza

Şiddətli yağıntılar, eyni zamanda, dairənin bir sıra ərazilərində elektrik enerjisinin verilməsində kəsintilərə yol açıb. Enerji təminatının qısa müddətdə bərpa edilməsi məqsədilə bölgəyə 1000-dən çox mütəxəssisdən ibarət bərpa briqadası cəlb olunub.

Hələlik zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Quyçjou əyalətinin meteoroloji rəsədxanasının məlumatına görə, bazar ertəsi saat 06:00-dan çərşənbə axşamı saat 06:00-dək əyalətin 20-dən çox qəza səviyyəli rayonuna güclü yağışlar yağıb, onlardan dördündə yağıntının miqdarı 200 mm-dən çox olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!