"Ukrayna dövlətinin ərazi bütövlüyü ən azı fevralın 24-nə olan ərazilərə qədər bərpa edilməlidir. Həmin ölkənin suverenliyi və təhlükəsizliyi qorunmalıdır".
Yenisabah.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
O bildirib ki, Ukrayna sülh naminə öz ərazilərindən imtina etməməlidir.
Böyük Britaniyanın Baş naziri, həmçinin qeyd edib ki, avropalılar ukraynalıları mübarizələrində dəstəkləməlidirlər: "Eyni zamanda, avropalılar ukraynalılardan artıq ukraynalı ola bilməzlər. Çünki Ukraynadakı böhranın ukraynalıların böhranıdır və onlar bunu həll etməli, nə edəcəklərinə qərar verməlidirlər".
Telegram kanalımız