“Çox şükür ki, ölüm halları baş verməyib“- Kəmaləddin Heydərov

saytların hazırlanması

Evə çatdırılma

“Çox şükür ki, ölüm halları baş verməyib“- Kəmaləddin Heydərov

Sosial

06 Fevral 2019 15:31 1074


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində uçqun baş verən ərazilərə baş çəkib.

Nazir əraziyə baxış keçirdikdən sonra açıqlama verərək bildirib ki, gecədən başlayaraq Şamaxıda müxtəlif ballarda 3 təkan olub: “Cənab prezidentin tapşırığı ilə səhər tezdən bura gəlmişəm. Bizim əməkdaşlar rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə gecədən qəza olmuş və ya şikayət edən insanlara baş çəkiblər. Çox şükür ki, ölüm halları baş verməyib. Hadisədən təşvişə düşüb qaçarkən iki nəfərin ayağı, bir nəfərin qolu sınıb. Hazırda onlar müalicə alır. Ümumiyyətlə, 4 rayon üzrə 73 müraciət olub. Orada da ciddi fəsadların olmadığı qeyd olunub. 

Belə zəlzələdə fəsadların cüzi olması çox yaxşıdır. Evlərin uçması halı baş verməyib, sadəcə divarlar aşıb. Bununla bağlı da ölkə başçısının tapşırığı ilə komissiyalar birgə işləyəcək. Nəticələr bəlli olduqdan sonra qərar veriləcək.  pizza hut

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da tapşırıq verib ki, fondun əməkdaşları könüllü olaraq əhaliyə kömək etsin”.

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!